Romada parka Yasir Ərafatın adını verdilər – yəhudilər etiraz etdi

Romada parka Yasir Ərafatın adını verdilər – yəhudilər etiraz etdi

Yəhudilərin qərara sərt reaksiyasından sonra bələdiyyə qərarın icrasını təxirə salıb
 
Fələstinin keçmiş lideri Yasir Ərəfatın adı İtalyanın paytaxtı Romada parkların birinə verilib.
 
Maide.Az xəbər verir ki, bu qərar yəhudiləri narahat edib. 
 
Roma Bələdiyyə Məclisi, keçən ayın sonunda bir sıra prospekt və parkların adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edib. Bunlar arasında bir parka Yasir Ərəfatın, bir meydana da 2015-ci ildə vəfat edən İtalya yəhudilərini hahamı Elio Toaffın adının verilməsi olub. Lakin Romadakı yəhudi cəmiyyətinin rəhbəri Ruth Dureghello, Roma Bələdiyyə başçısı Virginia Raggiye etiraz məktubu ünvanlayıb. Məktubda “bu qərar bir təhqirdir və tarixə ziddir. Ərafat, Avropanın bu gün qurbanı olduğu terrorizmin öndə gedənlərindən idi” -deyib. 
 
Yəhudilərin qərara sərt reaksiyasından sonra bələdiyyə qərarın icrasını təxirə salıb.

Google+ WhatsApp ok.ru