Roma papasının Ermənistana səfəri başlayıb

Roma papasının Ermənistana səfəri başlayıb

Roma papası Fransiskin Ermənistana səfəri başlayıb.
 
APA-nın “armenpress.com”saytına istinadən verdiyi xəbərə görə, İrəvanın “Zvartnots” beynəlxalq hava limanında Roma papası Fransiskin gəlişi münasibətilə təntənəli qarşılanma mərasimi təşkil edilib.
 
Papanı uşaq xoru qarşılayaraq, ona Ermənistanın “milli rəmzi” – lavaş və ərik veriblər.
 
Prezident terminalında papanın Ermənistan prezidenti Serj Sarkisyan və katolikos II Qareginlə qısa görüşü olacaq. Bunun ardınca isə o, Eçmiadzinə gedəcək.
 
Bundan sonra papanın Ermənistana dövlət səfəri başlamış olacaq.
 

Google+ WhatsApp ok.ru