Roma papası olmağa əsas namizəd: `İslam Avropanı fəth edəcək`

Roma papası olmağa əsas namizəd: `İslam Avropanı fəth edəcək`

Avstraliyalı katolik kardinal və Roma papası olmağa əsas namizədlərdən sayılan Kristof Şenborn bildirib ki, Avropada İslam sürətlə yayılır.
 
Maide.Az xəbər verir ki, K.Şenborn deyib ki, müsəlmanlar bunu istəyirlər və deyirlər ki, Avropa öz sonunu yaşayır.
 
O, islamofob çıxışının davamında avropalıları xristian irsini qorumağa çağırıb. "Allah Özü Avropa xalqına xristian irsinin qorunmasına kömək etsin. Bu kilsə 1683-ci ildə Osmanlı imperiyasını məğlub edə bilib". 
 
Qeyd edək ki, kardinal Şenborn mühafizəkar çıxışları ilə tanınırdı. Papa XVI Benedikt hətta onu öz mənəvi oğlu adlandırırdı.

Google+ WhatsApp ok.ru