Roma Papası xristianlığın əsas duasının mətnini dəyişir

Roma Papası xristianlığın əsas duasının mətnini dəyişir

-- Papa Fransisk bu cümləni dəyişəcək

Roma Papası xristianlığın əsas duasının mətnini dəyişməyi təklif edir. Daily-Mail xəbər yayıb.
 
Pontifikin fikrincə «Atamız bizim» duasının müasir dilə tərcüməsində elə bir cümlə var ki, inanclılar onu səhv qəbul edə bilər. Belə ki, «bizi günaha salma» misrasını Papa Fransisk «bizi günaha düşməyə qoyma» ilə əvəzləmək istəyir.
 
Məsələ burasındadır ki, hazırda duanın orijinal variantı yox olub. «İncil»ə görə, Həzrət İsa bu sözləri öz həvarilərinin qarşısında aramey dilinin qaliley dialektində səsləndirib. «Atamız bizim»in ən qədim variantı ancaq yunan tərcüməsində var.
 
Pontifik hesab edir ki, bu ideal deyil, çünki cümləyə görə, elə hesab etmək olar ki, Allah insanı günaha çəkir.(faktxeber)
 

Google+ WhatsApp ok.ru