Ronaldinyonun Bakıya səfərinin SƏBƏBİ - FOTO

Ronaldinyonun Bakıya səfərinin SƏBƏBİ - FOTO

O, şəklinə "Bakıda ilk gün" qeydini yazıb.
 
Məşhur futbolçu Ronaldinyo Azərbaycana səfərə gəlib.
 
Bu barədə məlumatı braziliyalı oyunçu öz "İnstagram" səhifəsində fotosu ilə birgə paylaşaraq "Bakıda ilk gün" qeydini yazıb.
 
Ronaldinyonun Bakıya gəlişinin səbəbi məlum olub.
 
Fanat.az bildirir ki, braziliyalı futbolçu ölkəmizə "Ronaldinyo Akademiyası"nın açılışı üçün səfər edib. O, "Qəbələ" klubunun prezidenti Tale Heydərovun dəvəti ilə paytaxtımıza təşrif buyurub.
 
Bununla bağlı bu gün Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək. Tədbir saat 16:00-da başlayacaq. (islamazeri) /
 

Google+ WhatsApp ok.ru