Ronaldo Rohincalı müsəlman uşaqlara dəstək istədi

Ronaldo Rohincalı müsəlman uşaqlara dəstək istədi

-- Dünyadakı uşaqlara sülh və sevgi

Portuqaliyalı ulduz futbolçu daha bir alqışa layiq addım atıb.
 
Maide.Az daha öncə suriyalı qaçqın uşaqlara dəstək göstərən Ronaldo, indi də Myanmada zülmə məruz qalaraq Banqladeşə sığınan yüzminlərlə Arakan müsəlman uşaqlar üçün yardım çağırışı edib.
 
"Real Madrid" hücumçusu sosial mediada paylaşım edərək uşaqların məruz qaldığı şiddətə diqqəti yönəldib.
 
"Dünyadakı uşaqlara sülh və sevgi" qeydi ilə foto paylaşan Ronaldo, bir neçə həştəq də qeyd edərək Rohincalı müsəlmanlar üçün də dəstək istəyib.
 
 
 

Google+ WhatsApp ok.ru