Ronaldo suriyalı uşaqlara videomüraciət: `Mən sizinləyəm` - VİDEO

Ronaldo suriyalı uşaqlara videomüraciət: `Mən sizinləyəm` - VİDEO

"Əsl qəhrəmanlar sizsiniz."
 
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Suriyadakı uşaqlara videomüraciət ünvanlayıb və onları çətinliklərə baxmayaraq, heç vaxt təslim olmamağa çağırıb.
 
Oxu.Az-ın məlumatına görə, idmançının videosu ərəb KİV-lərində yayılıb.
 
“Salam! Bu Suriyada yaşayan uşaqlar üçündür. Biz bilirik ki, siz çox əziyyət çəkirsiniz. Mən tanınmış futbolçuyam, lakin əsl qəhrəmanlar sizsiniz. Ümidinizi itirməyin! Bütün dünya sizinlədir, biz sizin qayğınıza qalırıq. Mən sizinləyəm”, - futbolçu deyib.
 
Qeyd edək ki, dekabrın 22-də Suriya ordusu, Hələbin terrorçulardan tamamilə təmizləndiyini təsdiq edib.

Google+ WhatsApp ok.ru