`Roskomnadzor`: Telegram bir neçə saata bağlanacaq

`Roskomnadzor`: Telegram bir neçə saata bağlanacaq

-- Rusiyada

Rusiyada kütləvi informasiya və sosial mediaya nəzarət təşkilatı olan "Roskomnadzor"un rəhbəri Aleksandr Jarov bəyan edib ki, Telegram şəbəkəsinin ölkə ərazisində bloklanması prosesi bir neçə saata başa çatacaq.
 
Maide.Az "faktxeber"ə isitnadən xəbər verir ki, "Bu, bir neçə saat çəkəcək, çünki operatorlar onu tədricən şəbəkədən çıxaracaqlar",-deyə Aleksandr Jarov əlavə edib.
 
Qeyd edək ki, 13 aprel Moskvanın Taqan rayon Məhkəməsi "Roskomnadzor"un Telegram şəbəkəsinin ölkə ərazisində bağlanılması ilə əlaqədar vəsatətini təmin edib.
 

Google+ WhatsApp ok.ru