Rubl öldü deyə qubalı fermerlər almanı çaya axıdır...

Qubalı fermerlər alma satışının zəif olması səbəbindən məhsullarını çaylara tökürlər.
 
Meyvənin yığımından 4 aydan çox vaxt keçsə də bağbanlar tədarük edilən məhsulun satışında ciddi problemlərin olduğunu bilidirirlər. Meyvənin əsas satış bazarlarından sayılan Rusiyada rublun düşməsi, ölkə daxilində isə alıcılıq qabiliyyətinin aşağı olması tonlarla məhsulun tədarük məntəqələrində qalmasına səbəb olub. Havanın isti keçməsi isə meyvənin çürüyərək itkiyə getməsini sürətləndirir.
 
"Region TV" xəbər verir ki, hazırda 1 kq alma 10-15 qəpiyə alınır. Bağbanların sözlərində görə, alış qiyməti meyvənin yetişdirilməsinə və saxlanılmasına çəkilən xərcləri heç cür ödəmir. Satışın zəif olmasını şərtləndirən amillərdən biri də ölkəyə məhsulun xaricdən gətirilən növlərinin daha çox olmasıdır. 
 
Mütəxəssislər isə məhsulun tədarük məntəqələrində qalmasını xarici bazarlara çıxışın zəif olması ilə bağlayırlar. Bundan başqa şimal regionunda emal müəssələrinin azlığı da tonlarla meyvənin itkiyə getməsinə səbəb olur.
 
Qeyd edək ki, Qubada 14724 hektar meyvə bağı var. Onun da əksəriyyətində alma yetişdirilir. Ötən il bağlardan 122 min 816 ton meyvə toplanıb./
 

 

Google+ WhatsApp ok.ru