Rufulla Axundzadənin vəkili Mədət Quliyevə müraciət edib

Məhbus islamçı Rufulla Axundzadənin səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin rəisi Mədət Quliyevə məktubla müraciət edilib. Vəkil Anar Qasımlı deyib ki, ruhani ürək xəstəliyindən əziyyət çəkdiyinə görə müalicə müəssisəsinə köçürülməsini istəyir.

Rufulla Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2013-cü ilin mayında kəskin miokard infarktı keçirib və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində müalicə alıb.

Rufulla Axundzadə cəzasını 15 saylı Cəzaçəkmə Müəssisəsində çəkir.

Google+ WhatsApp ok.ru