Ruhani: ABŞ Suriyanı dərhal tərk etməlidir

Ruhani: ABŞ Suriyanı dərhal tərk etməlidir

İranın paytaxtı Tehranda Suriya məsələsini müzakirə etmək üçün bir araya gələn Ərdoğan, Ruhani və Putin ortaq mətbuat konfransı keçirib.
 
Maide.Az “Mehr”ə istinadən xəbər verir ki, ilk olaraq İran dövlət başçısı Həsən Ruhani çıxış edib:
 
“Suriyadakı savaşın alovlarını söndürmək, bütövlüyünü qorumaq, gələcəyini özü təyin etmə haqqına hörmət etmək üçün ortaq qəlib müəyyənləşdirmək çox önəmlidir.  Biz Suriya böhranını həll etmək üçün hərbi seçimin işə yaramadığını vurğulamışdıq”. 
 
H.Ruhani deyib ki, Rusiya, Türkiyə və İran Suriyadakı terrorizmi dayandıra və onun regionda və dünyada yayılmasının qarşısını ala bildi.
 
"Bu gün qeyd edilən səylər nəticəsində Suriyadaxili qüvvələr arasında konstruktiv dialoq üçün zəmin yaradılıb", - H.Ruhani bildirib.
 
Onun sözlərinə görə, Suriyada terrorizmlə mübarizənin ən effektiv yolu Dəməşqdəki qanuni hökumətlə əməkdaşlıq etməkdir.
 
İran prezidenti ABŞ-ın Suriyadakı mövcudluğunun qanunsuz, təcavüz forması olduğunu və bunun bölgədə sülhün əldə olunmasını çətinləşdirdiyini vurğulayıb.
 
“Terrorla mübarizə davam edəcək, biz sülh üçün savaşırıq” deyən Ruhani ABŞ-dan dərhal Suriyanı tərk etməsini istəyib. Vaşinqton hökumətini “işğalçı” adlandıran H.Ruhani “İlk və son rol Suriya millətinindir. İdlibdəki çatışmalar mülki şəxslərə zərər verməməlidir” deyib.
 
Qafqazinfo-nun Türkiyə mətbuatına istiandən xəbərinə görə, Ərdoğan çıxışında zirvədə alınacaq qərarların bütün dünya tərəfindən maraqla gözlənildiyini vurğulayıb:
 
“Bölgə xalqının taleyinin Əsəd rejiminin insafına buraxılmasına izn verə bilmərik. İdlibə ediləcək hücum qətliam, fəlakətlə nəticələnəcək. Türkiyə miqrant qəbul etmək limitini doldurub. Milyonla insan Türkiyə sərhədində dayanacaq. İdlibin qan gölünə dönməsini əsla istəmirik. Fıratın şərqində arzu etmədiyimiz hadisələr yaşanır. ABŞ  20-minə yaxın TIR-ı bölgəyə göndərib. Suriya rejimi də terrorçulara göz yumur”. 
 
Rusiya prezidenti isə bildirib ki, Suriyada qalan terrorçular hazırda İdlibə yerləşiblər. Putin İdlibdə terrorçuların kimyəvi silah da daxil olmaqla müxtəlif təxribatlar hazırladığını qeyd edib.Ötən yanvar ayında Soçidə alınan qərar çərçivəsində Suriyada Konstitusiya Komitəsinin yaradılacağını xatırladan Putin “normallaşmanın təmin edilməsi üçün sosial, iqtisadi və insani durum yaxşılaşdırılmalıdır” deyib.  
 
Qeyd edək ki, Rəcəb Tayyip Ərdoğan zirvə görüşü öncəsi Vladimir Putin və Həsən Ruhani ilə təkbətək görüşüb. 
 
 

Google+ WhatsApp ok.ru