Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Avqustun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 24-26° isti, gündüz 34-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacaq.  Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət gecə 60-70%, gündüz 35-40% olacaq.   
 
Tibbi-meteoroloji proqnoz
 
Avqustun 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti olacaq.

Google+ WhatsApp ok.ru