Ruhani Şeyx Sərdar Hacıhəsənli dövlət tərəfindən təyin olunan vəkildən imtina etdi -FOTO

Ruhani Şeyx Sərdar Hacıhəsənli dövlət tərəfindən təyin olunan vəkildən imtina etdi -FOTO

Xəbər verdiyimiz kimi Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru ruhani Şeyx Sərdar Hacıhəsənli bu gün səhər saat 10-dan saxlanılıb.
 
Maide.Az-a verilən məlumata görə, Əldə etdiyimiz məlumata görə, ruhani Şeyx Sərdar Hacıhəsənliyə dövlət tərəfindən vəkil təyin etmək istənilsə də, o, dövlət tərəfindən təyin olunan vəkili qəbul etməyib. Həmçinin bildirilir ki, Şeyx Sərdar heç bir sənədə imza atmayıb. 
 
Şeyx Sərdara qarşı Cinayet Mecellesinin 168-1.3 maddesi ile ittiham verilib
 
Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə cümə namazı qıldığına görə polisə şikayət edib. 
 
Şeyx Sərdar bu gün səhər saat 10-dan polis bölməsində  saxlanılırdı. 
 
Əldə etdiyimiz son məlumata görə Şeyx Sərdarı Masallı rayon məhkəməsinə aparıblar. 
 
Məlumat olduqca yenilənəcək. 
 
 

Google+ WhatsApp ok.ru