Ruhani: “Qərb ölkələri ərəb dünyasının yeraltı və yerüstü sərvətlərini talan etmək istəyir” 25 Aprel 2018 01:00 Dünya -- Əcnəbi güclər bölgəyə hər hansı sabitlik gətirməyəcək “Əgər İranın nüvə sazişinə dair Hərtərəfli Birgə Fəaliyyət planı pis idisə, niyə onu imzaladınız?..” APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İran prezidenti Həsən Ruhani “Təbriz - 2018” tədbirlərinin rəsmi açılış mərasimində çıxışında deyib. H. Ruhani bildirib ki, ABŞ və Qərb ölkələri ərəb dünyasının yeraltı və yerüstü sərvətlərini talan etmək istəyirlər: “Tamah və acgözlüyünüz hara kimi davam edəcək? Bölgədəki neft yataqlarımızı istəyirsiniz? Yoxsa bəzi ölkələrin sahib olduğu yüz milyardlara göz dikmisiniz? Bölgənin zənginliyi sizləri dəli etdiyi üçün hər gün bölgədəki xalqların mənafeyinə və yeni çağa uyğun olmayan sözlər danışırısınız”. Əcnəbi güclərin bölgəyə hər hansı sabitlik gətirməyəcəyini söyləyən H. Ruhani qeyd edib ki, Əfqanıstandakı dağıntılar, İraqdakı hücumlar, bölgədə terror alovunun artması və Səudiyyə Ərəbistanının Yəməni bombalaması xarici güclərin regiondakı əməllərinin nəticəsidir. İran prezidenti ortaq mənafe uğrunda dünya ölkələri ilə münasibətlər qurmağa və davam etdirməyə hazır olduqlarını da vurğulayıb: “Hər zaman doğru yolu və qarşılıqlı uduş prinsipini müdafiə etdik. Beynəlxalq münasibətlərdə hər kəs öz maraqlarını axtararsa, anlaşmalar davamlı olmaz”. Teqlər : #Ruhani: Qərb ölkələri ərəb dünyasının yeraltı və yerüstü sərvətlərini talan etmək istəyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Taliban yaz hücumlarını açıq elan edir Nigeriyada polis dəfn mərasimində iştirak edən Əhli-beyt (ə) ardıcılarına hücum edib - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO