Ruhani Ali liderə məktub yazdı

İran prezidenti Həsən Ruhani  Ali Lider Ayətullah Seyyid Əli Xameneiə məktub ünvanlayıb.
Maide.az xəbər verir ki, prezident H.Ruhani məktubda deyib ki, nüvə anlaşması İranın bölgə və beynəlxalq müstəvidə olan qüdrətini sübuta yetirib.
Məktubda bildirlir ki, nüvə anlaşması İranın bölgə və beynəlxalq müstəvidə olan qüdrətini sübuta yetirib
H.Ruhani ayətullah Xameneiyə ABŞ və Qərb dairələrinin anlaşma ilə bağlı vədlərinə əməl etməyəcəyi haqda da arxayınlıq verərək deyib: “İran, nüvə anlaşmasından sui-istifadə edən düşmənlərinin və daxildə nüfuz edənlərin planlarının qarşısını alacaq. İran qarşı tərəflərin öhdəliklərinə əməl edib, etməməsini  yaxından izləyir və öhdəliklərə əməl edilməsə İran münasib addımlar atacaq.  İranın müqavimətli xalqının bütün təhdidlər və sanksiyalar qarşısındakı 12 illik müqaviməti nəticəsində və İslam İnqilabının Böyük Rəhbərinin dahiyanə və şücaətli rəhbərliyi altında nüvə sahəsində böyük nailiyyətlər əldə olundu. Dövlət möhkəm bir əqidəyə malikdir ki, hərçənd İran xalqının hüquqlarının reallaşması və zülmün aradan götürülməsi baxımından sanksiyaların aradan qaldırıılması lazımlı və zəruri bir işdi, lakin məşğulluq və məişətin yaxşılaşması və iqtisadi açılışa qətiyyətlə lazım olan məsələ, müqavimət iqtisadiyyatının hərtərəfli şəkildə izlənilməsi və bütün xalqın təşəbbüs, iş və investisiya səhnəsində fəal iştirakıdır."/
 

 

Google+ WhatsApp ok.ru