Ruhani C.Şəfiyev: Şeyx Sərdarın həbsi ilə bağlı ortada dəyişməyən bir həqiqət var...

Ruhani C.Şəfiyev: Şeyx Sərdarın həbsi ilə bağlı ortada dəyişməyən bir həqiqət var...

Xəbər verdiyimiz kimi bu gün Nizami rayon Məhkəməsində Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin Apellyasiya Məhkəməsinin keçirilib.
 
Ruhani Hacı Cəlal Şəfiyev Maide.Az-a Şeyx Sərdarın bu gün keçirilən məhkəmsi ilə bağlı bunuları dedi: “Ortada dəyişməyən bir həqiqət var. Şeyx Sərdar kimi bir elm adamının və ağır şəkər xəstəliyi olan bir ruhaninin azadlığı haqsız olaraq əlindən alınıb. Bu Şeyx Sərdarı sevən böyük xalq kütləsini narahat edir. Şeyx Sərdarın həbsinə etiraz edən kütlə ötən bu 17 gün ərzində müxtəlif formalarda öz etirazlarını bildirsələr də, nəticədə dəyişən heç bir şey yoxdur. İttiham olunduğu maddə - 168.1.3 hələ də qüvvəsindədir. Şeyx Sərdarın əsassız bir ittihamla həbsdə saxlanıldığı hər bir gün ona və onu sevənlərə qarşı haqsızlıqdır”.
 
Ruhani C.Şəfiyev həmçinin əlavə edib: Qeyd etmək istəyirəm ki, Şeyx Sərdarın barəsində olan 37 günlük həbs qəti-imkan tədbiri bəzilərində həmin müddət  bitdikdən sonra onun sərbəst buraxılması ilə bağlı çaşqınlıq yaradıb. Bu belə deyil, bu müddət məhkəmənin qərarı ilə istintaq dövrü üçün nəzərdə tutulub və artırıla bilər.
 
Qeyd edək ki, Şeyx Sərdarın növbəti məhkəmə baxışı mart ayının 16-da Şirvan şəhər Apellyasiya Məhkəməsində saat 11:00-da baş tutacaq.
 

Google+ WhatsApp ok.ru