Ruhani Şeyx Sərdar Hacıhəsənli prokurorluğa aparılıb

Ruhani Şeyx Sərdar Hacıhəsənli prokurorluğa aparılıb

Xəbər verdiyimiz kimi  Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru ruhani Şeyx Sərdar Hacıhəsənli bu gün səhər saat 10-dan saxlanılıb.
 
Maide.Az aa verilən məlumata görə, Şeyx Sərdar Masallı rayon polis əməkdaşları tərəfindən Masallı rayon Prokurorluğuna gətirilib.
 
Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə cümə namazı qıldığına görə polisə şikayət edib. 
 
Şeyx Sərdar bu gün səhər saat 10-dan polis bölməsində saxlanılır. 
 
7 saatdan çoxdur ki, saxlanılan Şeyx Sərdar haqqında yaxınlarına heç bir məlumat verilmir.
 
Məlumat olduqca yenilənəcək!
 
 

Google+ WhatsApp ok.ru