Ruhani Şeyx Sərdar Hacıhəsənli dövlət tərəfindən təyin olunan vəkildən imtina etdi -FOTO 22 Fevral 2017 02:00 Namaz məhbusu Xəbər verdiyimiz kimi Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru ruhani Şeyx Sərdar Hacıhəsənli bu gün səhər saat 10-dan saxlanılıb. Maide.Az-a verilən məlumata görə, Əldə etdiyimiz məlumata görə, ruhani Şeyx Sərdar Hacıhəsənliyə dövlət tərəfindən vəkil təyin etmək istənilsə də, o, dövlət tərəfindən təyin olunan vəkili qəbul etməyib. Həmçinin bildirilir ki, Şeyx Sərdar heç bir sənədə imza atmayıb. Şeyx Sərdara qarşı Cinayet Mecellesinin 168-1.3 maddesi ile ittiham verilib Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə cümə namazı qıldığına görə polisə şikayət edib. Şeyx Sərdar bu gün səhər saat 10-dan polis bölməsində saxlanılırdı. Əldə etdiyimiz son məlumata görə Şeyx Sərdarı Masallı rayon məhkəməsinə aparıblar. Məlumat olduqca yenilənəcək. Teqlər : #Ruhani Şeyx Sərdar Hacıhəsənli dövlət tərəfindən təyin olunan vəkildən imtina etdi FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ruhani Şeyx Sərdar Hacıhəsənli prokurorluğa aparılıb Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi qarşısına toplaşanlardan 3 nəfər saxlanılıb