Ruhani Hacı İlqar Əliyev: Bu alimlərin həbsi həm düşməni bizə tanıtdırır və həm də...

Ruhani Hacı İlqar Əliyev: Bu alimlərin həbsi həm düşməni bizə tanıtdırır və həm də...

Cənub bölgəsinin tanınmış ruhanisi Hacı İlqar Əliyev Şeyx Sərdar Hacıhəsənlinin həbsini pisləyib. 
 
Maide.Az xəbər verir ki, ruhani Hacı İlqar Əliyev yayımladığı açıqlamada bildirib ki, Şeyx Sərdar sıradan bir ruhani deyil, Şeyx Sərdar doğurdan da dinə maarif gözü ilə baxan bir dindar, dinə əməli ilə, sədaqəti ilə, elmi və təqvası ilə töhfəsini verən bir insandır. 
 
Ruhani Hacı İlqar Əliyevin açıqlamasını təqdim edirik: “Mənim Şeyx Sərdara böyük hörmətim var. Onu 14 yaşından rəhmətlik Molla Bəylər əminin yanında tanımışam. Həmişə də rəhmətlik Bəylər əmi deyirdi ki, bundan gözəl molla çıxacaq. Bu gün Şeyx Sərdar kimi ruhaninin  tutulması doğurdan da nə inki dindarlar, hətta onu tanıyan və dini o qədər dərin bilməyən insanlar üçün də böyük kədərdir. Çünki bu insan İslamın bir neçə xüsusiyyətini özündə cəm edib, iman, təqva, elm, helm yəni çox az adam olar ki, bu xüsusiyyətləri özündə cəm eləsin. Həqiqətəndə Şeyx Sərdar o adamlardandır”.
 
Hacı İlqar əlavə edib ki, bu məsələ ilə bağlı iki nöqtəni  qeyd etmək istəyir. “Birincisi budur ki, bu cür ruhanilərin tutulması onu göstərir ki, düşmən artıq İslamın üzərinə hücum edir. Əgər bu qədər ruhani qurban verilirsə, bu düşmənin çoxluğunun, onun İslamın üzərinə gəlməsinin bir nişanəsidir. İkinci bu həbslər bir böyük ümiddir. Ona görə ki, əgər dinə bu qədər qurbanlar verilirsə, inşallah bu din salim şəkildə həm öz təravətini qoruyub saxlayacaq və həm də gələcək nəslim parlaq formada, Allahın bəyəndiyi formada , Allahın razı olduğu formada gələcək nəsilərimizə çatdırılacaq. Bu alimlərin həbsi çox mühümdür.  Həm düşməni bizə tanıtdırır, həm də dostlara və gələcək nəsillərə dinin salim çatmasına zəmin yaradır.  
 
Mən tamam zindanda olan bütün ruhaniləri salamlayır, onlara Allahdan gözəl müqavimət və səbr diləyirəm. Bu həmin işə bənzəyir ki, İmam Hüseyn (ə) buyurur "Həl min nasirin yənsuruni" (Görəsən mənə kömək edən varmı?)   Bax, bu həbslər o çağırışa cavabdır. Həbs olunan ruhanilər bizim Allah yanında da, din yanında da üzümüzü ağ eləyir. Allah bunların hər iki dünyada üzünü ağ eləsin".
 

Google+ WhatsApp ok.ru