Ruhanilərin üç əsas vəzifəsi hansılardır? - Ayətullah Xameneinin çıxışından - FOTO

Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei  şənbə günü  Tehran Dini Elmlər Hövzələrinin müdirləri,müəllimləri və tələbəərini qəbul edib.
 
Maide.Az xəbər verir ki, Ayətullah  Xamenei görüşdə çıxış edib və ruhanilərin üç əsas vəzifəsini açıqlayıb.

"Fikri və Dini İstiqamətləndirmə", "Siyasi istiqamətləndirmə və məlumatın artırılması" və "İctimai xidmətlər sahəsində bələdçilik və iştirakı" ruhaniyyətin  üç əsas vəzifəsidir."

 
Ayətullah Xamenei bildirib ki, sosial vasitələrdən siyasi məqsədlərlə və şübhələr yaymaq məqsədi ilə suistifadələr olunur ki, ən böyük cihad bu kimi şübhələr və suistifadələrlə mübarizədir.  “Şübhələr geniş formada yayımlanır. Bunun üçün həm sosial vasitələrdən istifadə olunur və həmdə siyasi məqsədlərlə  həyata keçirilir. Bu kimi şübhələrlə mübarizə etmək lazımdır. Cihad etməküçün yalnız qılınc götürüb vuruşmaq lazım deyil,  ən böyük cihad  elə bu şübhələrlə mübarizədir. Bu cihad üçün özünüzü hazırlayın.  
 
Ayətullah Xamenei bildirib ki, tələbələr lazımi səlahiyyətlər və məlumatları əldə etməklə bugünkü  cəmiyyətdə təyinedici məsuliyyətlərin icrası üçün özlərini hazır etməlidirlər.
 
Ali Rəhbər dəyərlərin və tələbəlik məsuliyyətinin qədrini bilməyi tələbələrə tövsiyə edərək bildirib ki, əgər bir cəmiyyətin ehtiyac duyduğu bütün ixtisaslar ən yaxşı şəkildə olarsa, lakin həmin cəmiyyətin dini olmazsa, o xalq və cəmiyyət  dünya və axirətdə xüsran və həqiqi problemlə üzləşəcək. "Bu böyük məsuliyyət, yəni cəmiyyətin dini cəmiyyətə çevrilməsi alimlər, ruhaniyyət və tələbələrin üzərinə düşür".
 
Ayətullah Xamenei  "İrticaçı, təəssübkeş, mənəvi həqiqətləri dərk etməyən və zahirdə donan islamı" azğın təfəkkürlərin bariz nümunəsi adlandırıb və bildirib ki, bu qayçının digər üzündə, "Amerika islamı" əsil islamla qarşıdurmadadır.  "Əsil islamı dərk etməyi, kitab və sünnəyə arxalanmağı" ağıl və islam düşüncəsini bəyan etmək ruhanilərin önəmli vəzifəsidir. Peyğəmbərlərin yolu bu əsil təfəkkürün inkişaf etdirilməsidir. Ruhanilər də həmin səadət bəxş edən yolu, yəni insanların dini hidayətini davam etdirənlərdirlər."
 
 
Ali Rəhbər insanların əməli hidayətini düşüncə hidayətinin təkmilləşdiricisi adlandırıb və əlavə edib ki, ən yaxşı metodlarla insanları ibadətə, dini meyarlar, o cümlədən sədaqət, əmanət, təqva, inkar olunanları tərk etmək, əmr be məruf, düzgün həyat tərzinə hidayət edin. "Hövzələrin inqilab yönlü qalmasını vurğulamağımız buna görədir. İran tarixində yaşanan “məşrutiyyət” və “neftin milliləşməsi hərəkatı”, ruhanilərin meydanda sonadək qalmamasına görə nəticəsiz qaldı. Lakin imam Xomeyninin  üstün cəhətlərindən biri, ruhaniyyəti inqilab hərəkatından saxlaya bilməsidir. Əks halda nə inqilab qalib olardı, nə də İslam Respublikası öz yoluna davam edərdi. Amerikalılar o günlər olduğu kimi, bu gün də ruhaniyyəti meydanlardan uzaqlaşdırmaq niyyətindədirlər. Onlar növbəti mərhələdə xalqın meydanda qalmasına mane olmaq istəyirlər. Lakin bu günədək buna nail ola bilməyiblər".
 
 
Ayətullah Xamenei siyasi hidayəti alimlər və ruhanilərin digər önəmli vəzifəsi adlandırıb və deyib ki, dini elmlər hövzələrinin inqilabçı olmasının zəruriliyini dəfələrlə vurğulamağın səbəbi budur ki, cəmiyyətin düzgün və inqilabçı hərəkətinin davamlılığı ruhaniliyin davamlı iştirakı olmadan mümkün deyildir.
 
Ayətullah Xamenei tələbələrə yaxşı dərs oxumağı və nəfsi pərhizi tövsiyə edib və əlavə edib ki, heç bir digər ixtisasın alternativi ola bilməyəcəyi ruhanilik məsuliyyətlərinin icrası üçün öz səyinizi göstərin. Əlbəttə bu iş vəzifə, iş yeri və yaxud şöhrət qazanmaq məqsədi mənasında olmamalıdır.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru