Ruhani peyğəmbərin (s) doğum günü münasibətilə İslam ölkələri dövlət başçılarını təbrik edib

Ruhani peyğəmbərin (s) doğum günü münasibətilə İslam ölkələri dövlət başçılarını təbrik edib

İran İslam Respublikası prezidenti Həsən Ruhani İslam ölkələrinin dövlət başçılarına ayrı-ayrı müraciətlər göndərərək, əziz peyğəmbər Həzrət Muhəmmədin (s.ə.s) doğum günü münasibəti ilə təbrik edib.
 
Maide.Az xəbər verir ki, H.Ruhani cümə günü günortadan sonra İslam ölkələrinin dövlət başçılarına ayrı-ayrı müraciətlərdə bildirib ki, ümid edirəm xeyir və rəhmət müjdəçisi, böyük yaranışın təzahürü və yaxşılıqlar örnəyi olan əziz peyğəmbərin səadətli viladətinin bərəkəti ilə müsəlman xalqlar arasında qardaşlıq və dostluq bağları daha da möhkəmlənəcək. “İslam ölkələri bu qiymətli irsdən faydalanmaq və əlavə səylər göstərməklə İslamın rəhmli və nurlu simasını dünyaya çatdırmalıdırlar. Ümid edirəm Muhəmməd (s) ümməti vəhdət, həmrəylik və peyğəmbərdən dərs almaqla İslam ölkələrində tam sülh, dinclik və sabitliyin yaranmasına şərait yaradacaqlar”.
 

Google+ WhatsApp ok.ru