Ruhani Səudiyyə ilə gərgin əlaqələrin əsas səbəbini açıqlayıb

Ruhani Səudiyyə ilə gərgin əlaqələrin əsas səbəbini açıqlayıb

“İranın Səudiyyə Ərəbistanı ilə problemi ikitərəfli əlaqələrə görə deyil, bu ona görədir ki, ər-Riyad Yəmənə təcavüz edir və terror birləşmələrini dəstəkləyir”
 
Bunu İran prezidenti Həsən Ruhani deyib.
 
Ötən gün canlı yayımla çıxışında danışan Həsən Ruhani qonşu ölkələrlə səmimi və dostluq əlaqələrinin olmasına təkidlə yanaşaraq, bildirib ki gərgin əlaqələrə baxmayaraq, İran hacıları göndərib və Səudiyyə də bunu qəbul edib. O bildirib ki həcc mərasimi iki ölkə əlaqələrinə müsbət təsir göstərəcək.
 
İranla Səudiyyənin gərgin əlaqələrinin əsas səbəbini Yəmənə təcavüz və terrorçuların dəstəklənməsi olduğunu deyən prezident ümid edib ki Səudiyyə bu yolunu dəyişəcək.
 
H.Ruhani nüvə anlaşmasının son vəziyyəti ilə bağlı da fikrini bildirib. ABŞ-ın anlaşmanı ləğv edəcəyi barədə xəbərdarlıq edərək vurğulayıb ki bu baş verərsə İran da əliaçıq durmayacaq. (islaminsesi) /

Google+ WhatsApp ok.ru