Rusiya ABŞ-a cavab sanksiyaları tətbiq edib

Rusiya ABŞ-a cavab sanksiyaları tətbiq edib

Rusiyanın Xarici İşlər Nazirliyi amerikalı diplomatlara Gümüş meşəsi bağı və Moskvadakı anbardan istifadə etməyi qadağan edib və eləcə də Rusiyadakı diplomatik və konsulluq müəssisələrində personalın sayını azaltmağı təklif edib, bu barədə nazirliyin saytında yazılıb.
 
Moskva, 1 sentyabra qədər ABŞ-ın Sankt-Peterburq, Yekaterinburq və Vladivostokdakı konsulluqları və Moskvadakı səfirlikdə çalışan diplomatlar və texniki işçilərin sayını ABŞ-da rusiyalı diplomatik missiya əməkdaşlarının sayı qədər, yəni 455 nəfərədək azaltmağı tələb edib.
 
"ABŞ-da hakimiyyətin bizim diplomatların sayının azaldılması üzrə yeni birtərəfli hərəkətlərinin olduğu halda güzgülü cavab veriləcək", - sənəddə yazılıb.
 
Nazirlik həmçinin elan edib ki, "avqustun 1-dən Rusiya tərəfi ABŞ-ın Rusiyadakı səfirliyinin Moskvada anbarlarından və Gümüş meşəsi bağından istifadəyə qadağa qoyur."
XİN öz qərarını belə əsaslandırıb ki, "ABŞ-ın məlum dairələrində ölkəmizlə açıq qarşıdurma və Rusiya fobiyası möhkəmlənib".
 
Bu qərar ABŞ-da Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsindən sonra verilib.
 
ABŞ Konqresi səs çoxluğu ilə Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqqında qanun qəbul edib. Bu, Ağ Ev tərəfindən etirazlarla qarşılanıb.

Google+ WhatsApp ok.ru