Rusiya həbsxanalarında 2350 Azərbaycan vətəndaşı cəza çəkir 25 İyul 2017 01:00 Dünya Rusiya həbsxanalarında 29 397 əcnəbi cəza çəkir. APA-nın “russian.rt.com”-a istinadən verdiyi məlumata görə, bunlardan 90 faizi ağır və çox ağır cinayətlər törətmiş şəxslərdir. Rusiya Cəzaların İcrası Federal Xidmətinin məlumatına görə, əcnəbi məhbuslar arasında 12 ABŞ və Avropa İttifaqı ölkələrinin 97 vətəndaşı var. MDB ölkələri arasında ən çox əcnəbi məhbus Tacikistandandır - 8002 nəfər. İkinci yerdə Özbəkistan (6362), üçüncü yerdə Ukrayna (4761) gəlir. Rusiya həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarının sayı isə 2350 nəfərdir (MDB ölkələri arasında 4-cü). Ümumilikdə isə Rusiya həbsxanalarında 618 490 nəfər cəza çəkir. Bunlardan 48 385-i qadın, 1594-ü azyaşlıdır. Teqlər : #Rusiya həbsxanalarında 2350 Azərbaycan vətəndaşı cəza çəkir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çində daşqınlar 10 nəfərin həyatına son qoyub Həzrəti Məsumənin (s.ə) mövludu münasibətilə yüz minlərlə zəvvar İmam Rzanın hərəminə çiçəklərlərlə gəldi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO