Rusiya Həcc kvotasını  25 min nəfərə çatdırmaq istəyir

Rusiya Həcc kvotasını 25 min nəfərə çatdırmaq istəyir

-- ötən il 23,5 min rusiyalı Həcc ziyarətində olub

Rusiya cari ildə  Həcc kvotasını  25 min nəfərə çatdırmaq istəyir. 
 
Maide.Az  islam-today-a  istinadən xəbər verir ki,  bunu Rusiya Müftilər Şurasının sədr müavini  Ruşan Abbasov deyib. 
 
Onun sözlərinə görə, 2018-ci il üçün kvotanın 3 min nəfər artırılmasına ehtiyac var. “Artıq Səudiyyə tərəfi ilə bu barədə ilk razılaşma əldə olunub. Bu ayın sonunda məsələ həllini tapmalıdır. İran , Türkiyə və İndoneziyaya nisbətən biz elədə böyük kvota tələb etmirik.”
 
Qeyd edək ki, 26 milyona qədər müsəlmanın yaşadığı Rusiyada ötən  il 23,5   min rusiyalı  Həcc ziyarətində olub. 
 

Google+ WhatsApp ok.ru