Rusiya: Pensiya yaşının artırılmasına etirazlar

Rusiya: Pensiya yaşının artırılmasına etirazlar

-- nümayişində 3 min insan iştirak edib

Rusiyanın 30 şəhərində pensiya yaşının artırılmasına görə etiraz nümayişləri keçirilib.
 
Futbol üzrə Dünya Kubokunun başladığı gün elan edilən dəyişiklik kişilər üçün pensiya yaşını 60-dan 65-ə, qadınlar üçün isə 55-dən 63-ə qədər artırılmasını nəzərdə tutur.
 
Hökumət bu dəyişikliklərin azalmış işçi qüvvəsi məsələsinin öhdəsindən gəlmək üçün lazım olduğunu söyləyib.
 
Ancaq həmkarlar ittifaqları bir çox insanın pensiya almaq üçün kifayət qədər uzun müddət yaşayamayacağını xəbərdar edir.
 
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, Rusiyadakı kişilərin ortalama həyat müddəti 66 yaş, qadınlarınkı isə 77 yaşdır.
 
Sibir şəhərində baş tutan etiraz nümayişində 3 min insan iştirak edib, başqa yerlərdə isə daha kiçik etirazlar keçirilib.
 
Etiraz edənlərə aparıcı müxalifət lideri Aleksey Navalnı, həmkarlar ittifaqları, kommunistlər və milliyyətçilər dəstək verib.
 
Cənab Navalnı Instagram sosial şəbəkəsində pensiya yaşının artırılmasını "əsl cinayət" adlandırıb.
 
Etiraz nümayişlərində "Ödə və öl", "Ciblərimizdə eşələnmə", "Mən o qədər yaşaymayacağam", "Mən layiqli pensiya almaq üçün yaşamaq istəyirəm, tabut alana qədər sağ qalmaq yox", "pensiyalar ölülər deyil, dirilər üçündür" kimi şürlar səslənib.
 
Bir sorğuya görə, rusiyalıların 80 faizi dəyişiklikləri dəstəkləmir. Məşhur Moskva qəzetində dəyişiklik planı "prezident [Vladimir] Putinin 20 illik hakimiyyəti boyunca ən təhlükəli və riskli islahat" adlandırılıb.
 
Ancaq Dünya Kuboku keçirilən şəhərlərdə etirazlar qadağan edilib.
 
VTsIOM dövlət sorğusuna əsasən, dəyişiklik planı elan ediləndən bəri, 2 həftə ərzində Vladimir Putinin 78 faizlik reytinqi 14 faiz azalaraq 64-ə düşüb.(bbc)
 

Google+ WhatsApp ok.ru