Rusiya Suriya sahillərində hərbi təlim keçirəcək

-- Rusiyanın Aralıq dənizində təxminən 15 döyüş gəmisi var

Rusiya Hərbi Dəniz Donanmasına məxsus gəmilərin aprelin 11-dən etibarən Suriya sahillərinə yaxın bir yerdə təlim keçirəcəyi bildirilib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, təlim vaxtı beynəlxalq aviasiya heyəti uçuş və yer təhlükəsizliyinə təsir edə biləcək bəzi mühüm vəziyyətlər barədə məlumatlandırmaq bildirişi (NOTUM) və dənizçilər üçün naviqasiya xəbərdarlıqlarının alacağı bildirilib.
 
Suriya dəniz sərhədinin bitişik hissəsində yerləşən və Aralıq dənizinin beynəlxalq sularında keçirilən təlim sahəsinin 11-12, 17-19 və 25-26 aprel tarixlərində Moskva vaxtı ilə saat 10:00 və 18:00 arasında bağlı olacağı qeyd olunub.
 
Hazırda, Rusiya Dəniz Qüvvələrinin Aralıq dənizində yerləşən təxminən 15 döyüş gəmisi var.
 
Bunların arasında, sualtı gəmilərlə yanaşı, kalibrli kruiz raketləri ilə təchiz olunmuş Admiral Qriqoroviç və Admiral Essen freqatları var.
 

Google+ WhatsApp ok.ru