Rusiya və Tacikistan Əfqanıstan sərhədində təlimlər keçiriblər - VİDEO

Rusiya və Tacikistan Əfqanıstan sərhədində təlimlər keçiriblər - VİDEO

-- Əfqanıstan sərhədinin 15 km-liyində ...

Rusiya və Tacikistan hərbçiləri Əfqanıstan sərhədi yaxınlığında genişmiqyaslı təlimlər keçiriblər. 
 
FaktXəbər-in məlumatına görə, bu barədə "Zvezda" telekanalı xəbər verib.
 
"Əfqanıstan sərhədinin 15 km-liyində yerləşən Harbmaydon poliqonunda Rusiya və Tacikistan silahlı qüvvələrinin bölmələri ilə birgə komanda qərargah təliminin əsas mərhələsi başa çatıb", məlumatda deyilir.
 
Bildirilir ki, təlimlər zamanı hər iki ölkənin hərbçiləri qanunsuz silahlı birləşmələrə qarşı birgə mübarizə üzərində işləyiblər.
 
Açıqlamada qeyd olunur ki, şərti yaraqlılar idarə olunan mina sahəsində mühasirəyə alınıblar. Daha sonra isə zirehli texnikanın dəstəyi ilə tamamilə məhv ediliblər. 
 
Həmçinin bildirilir ki, tədbirdə təxminən 2 min hərbçi və 400 ədəddən çox hərbi texnika iştirak edib.
 

Google+ WhatsApp ok.ru