Rusiya və Türkiyə ilk dəfə olaraq İŞİD-ə qarşı birgə əməliyyat keçirib

Rusiya və Türkiyə ilk dəfə olaraq İŞİD-ə qarşı birgə əməliyyat keçirib

Suriyanın Əl-Bab şəhərində İŞİD qruplaşmasına qarşı əməliyyat zamanı türk və rus hərbçilər arasında yaxşı koordinasiya olub. FaktXəbər-in TASS-a istinadən əmlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından xəbər verilib.  
 
«RF HKQ təyyarələri Əl-Bab şəhərinin cənubunda bu gün İŞİD-in müəyyən olunan hədəflərinə zərbələr endirib. Əməliyyat Türkiyə və Rusiya arasında havada insidentlərin qarşısının alınması haqqında imzalanan memorandum çərçivəsində rusiyalı nümayəndələrlə yaxşı koordinasiya nəticəsində reallaşıb», - deyə məlumatda deyilir. Türkiyə HHQ-nin əməliyyatda iştirak edib etmədiyi bildirilmir.
 
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahını Baş Operativ İdarəsinin rəisi Serqey Rudskoy RF HKQ və Türkiyə HHQ-nin Əl-Bab yaxınlığında İŞİD-ə qarşı birgə hava əməliyyatı keçirdiyi barədə bəyan etmişdi.
 
«Suriya tərəfi ilə razılaşdırılan hava əməliyyatına RF HKQ-nin 9 zərbə təyyarəsi, o cümlədən dörd Su-24M, dörd Su-25 və bir Su-34, həmçinin Türkiyə HHQ-nin 8 təyyarəsi: dörd F-16 və dörd F-4. Ümumilikdə 36 obyekt məhv ediləcək», - deyə o bildirmişdi. /

Google+ WhatsApp ok.ru