Rusiya və Türkiyə Suriyada atəşkəs barədə razılığa gəlib

Rusiya və Türkiyə Suriyada atəşkəs barədə razılığa gəlib

Rusiya və Türkiyə Suriya münaqişəsi ilə bağlı hərtərəfli atəşkəs planı barədə razılığa gəlib.
 
Maide.Az xəbər verir ki, bu barədə “Anadolu" agentliyi məlumat yayıb. Planın Suriyadakı münaqişə tərəflərinə təqdim olunması nəzərdə tutulur.
 
Razılaşma müxalifət və hökumət qüvvələri arasında silahlı toqquşmaların baş verdiyi bütün ərazilərə aid ediləcək. Tərəflərə hərbi əməliyyatları dekabrın 29-u yerli vaxtla saat 00:00-da dayandırmaq təklif olunacaq.
 
Məlumata görə, "İŞİD" və "Əl-Nüsrə" kimi terror qruplaşmalarına bu atəşkəs şamil edilmir. 
 
Dayanıqlı atəşkəs əldə olunduqdan sonra Suriya hökuməti və müxalifət Türkiyə və Rusiyanın dəstəyi ilə Astanada münaqişənin həlli ilə bağlı siyasi müzakirələrə başlayacaq. /
 
 
مولود چاووش اوغلو، وزیر امور خارجۀ ترکیه (راست) و سرگئی لاوروف، وزیر امور خارجۀ روسیه در نشست سه جانبۀ سوریه که در مسکو، پایتخت روسیه، برگزار شد. (30 آذر 1395- عکس از خبرگزاری فرانسه)

Google+ WhatsApp ok.ru