Rusiya 2018-ci ildən yeni alternativ internet sistemi istifadəyə verəcək

Rusiya 2018-ci ildən yeni alternativ internet sistemi istifadəyə verəcək

-- Sistem BRİCS ölkələri üçün də nəzərdə tutulub

 
Rusiya Təhlükəsizlik Şurası hökumətə müraciət edərək qlobal internet problemləri arasında davam gətirə biləcək müstəqil internet sistemi formalaşdırmağı təklif edib.
 
Maide.Az RBK kanalına istinadən məlumat verir ki, təklifdə həmdə bu sistemin BRİCS ölkələri üçün də istifadəsi qeyd olunub.  
 
Təklif ötən ay hökumət toplantısında müzakirə olunub və Rusiay prezidenti bunun üçün 2018-ci ilin 1 avqustuna qədər vaxt verib.
 
Eyni zamanda toplantıda bildirilib ki, Qərb ölkələri internetdə bilgi sahəsində hücumları artırıb və imkanlarını daha da genişləndirib. Bu səbəbdən də xarici müdaxiləyə qarşı daha qorunaqlı olması üçün beynəlxalq qurumlar tərəfindən müdaxilə edilməsi mümkün olmayan ayrı bir DNS sisteminin yaradılması təklif olunub.
 
 Qeyd edək ki, Rusiyada qlobal DNS sistemindən asılılığın azaldılması məsələsi bir neçə il əvvəl gündəmə gəlib. 2014-cü ildə Rusiya Rabitə Nazirliyi qlobal internet xidmətlərini bağlayaraq Rusiya daxilində internet əməliyyatlarının davam edə bilməsi üçün yerli bir yedək sistemin istifadə olunduğu böyük bir manevr həyata keçirib. 
 

Google+ WhatsApp ok.ru