Rusiya 39 türkiyəli biznesmeni saxladı

Xəbər qaynaqları Rusiya Miqrasiya qanunlarını pozduqları üçün 39 türk iş adamının bu ölkədə saxlanılması haqda məlumat yayıblar.
Maide.az xəbər verir ki, sözügedən şəxslər Rusiyanın cənubundakı Krasnodar şəhərində keçirilən Kənd Təsərrüfatı sərgisində iştirak edərkən saxlanılıblar.
Rusiyaya məxsus qırıcı təyyarənin Türkiyə tərəfindən Suriya sərhəddində vurulmasından sonra iki ölkə əlaqələri gərginləşib.
Rusiyanın baş naziri Dmitri Medvedev növbəti iki gün ərzində Türkiyəyə qarşı turizm, nəqliyyat, ticarət və gömrük sahələrində sanksiyaların qəbul ediləcəyi haqda xəbər verib.
Bu arada, Rusiya XİN Türkiyədə olan bütün ölkə vətəndaşlarını həmin ölkəni tərk etməyə çağırıb. /
 

Google+ WhatsApp ok.ru