Rusiya əks-kəşfiyyatı azərbaycanlı silah baronunu yaxaladı

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Avropa İttifaqı ölkələrindən və Ukraynadan silah qaçaqmalçılığı həyata keçirən, Azərbaycan vətəndaşının başçılıq etdiyi mütəşəkkil cinayətkar qruplaşmanı zərərsizləşdirib.
 
 FTX-dən yayılan rəsmi açıqlamaya əsasən bu ilin iyul ayında Smolensk vilayətində növbəi silah partiyasını satmağa cəhd edərkən kriminal biznesin təşkilatçılarından bir neçəsi həbs edilib.
 
Onlardan biri əvvəllər həbsdə olmuş Azərbaycan vətəndaşıdır.
 
“Bu əməliyyatla eyni vaxtda ölkənin 12 regionunda mütəşəkkil cinayətkar qrupun daha 14 fəal üzvü yaxalanıb,onlardan üçü hazırda xidmətdə olan polisdir”- deyə məlumatda bildirilir.
 
FTX bildirir ki, mütəşəkkil cinayətkar qruplaşma öz əməllərini ört-basdır etmək üçün saxta sənədlərdən istifadə edib, şəxsiyyətini təsdiq edən sənədləri və nəqliyyat vasitələrinin nömrələrini saxtalaşdırıb.
 
Xüsusi əməliyyat nəticəsində dövriyyədən xaricdə və Rusiyada istehsal edilən 150 vahiddən çox odlu silah, o cümlədən “Kalaşnikov” avtomatları, tapança-pulemyotlar, karabinlər, M-16, M-4 və G-3 avtomatik  tüfəngləri, “Glock”, “Çezet”, “Dezertİql”, “Beretta” tapançaları, qumbaraatanlar, müxtəlif çaplı döyüş sursatları, partlayıcımaddə və s. aşkar edilib.
 
Habelə döyüş silahlarının hazırlanması və modernizə olunması ilə məşğul olan dörd sex ləğv edilib. Qruplaşmanın özünün döyüş sursatları hazırlamaq üçün xüsusi emalatxanası da olub.
 
FTX bandanın qalan üzvlərini yaxalamaq üçün əməliyyatı davam etdirir/Virtualaz.org

Google+ WhatsApp ok.ru