Rusiya Ərdoğanın istefasını gözləyir (VİDEO)

Rusiya Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Mariya Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, “Türkiyənin İŞİD-lə neft sahəsində əməkdaşlığı sübut olunarsa bu kresloda oturmaram” sözlərini xatırladıb. Rusiya XİN-in sözçüsü ölkəsinin artıq bunu sübuta yetirdiyini bildirib. Mariya Zaxarova bunu xatırladaraq kreslonun nə vəziyyətdə olduğunu öyrənmək istədiyini bildirib. 
 
“Danimarkanın “Rystad Energy” şirkəti Türkiyənin neft qaçaqmalçılığı ilə əlaqəsini göstərən hesabat paylaşdı. Türkiyənin prezidenti cənab Ərdoğan Parisdəki iqlim sammitində jurnalistlərə verdiyi açıqlamada ölkəsinin neft qaçaqmalçılığı sübuta yetirilərsə kreslosunda oturmayacağını demişdi. Biz onsuzda bunu sübuta yetirdik. Mən sadəcə olaraq kresloda vəziyyət necədir, öyrənmək istədim.” 


ans

Google+ WhatsApp ok.ru