Rusiya ətrafında yeni diplomatik münaqişə başlayıb - Casus şoku

Rusiya ətrafında yeni diplomatik münaqişə başlayıb - Casus şoku

Avstriyada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən Avstriya Silahlı Qüvvələrinin sabiq polkovniki saxlanılıb.
 
Maide.Az Sputnik-ə istinadla xəbər verir ki, bu barədə "Kronen Zeitung" nəşri Avstriya Müdafiə Nazirliyində olan mənbəyə istinadən xəbər verir.
 
Nəşrin məlumatına görə, polkovnik Avstriya Hərbi Hava Qüvvələri, artilleriya sistemləri, miqrasiya böhranı, o cümlədən bir sıra yüksək rütbəli hərbçilər haqqında məlumatlar toplamalı imiş. Və ayda 2 dəfə Rusiyadan olan Yuri adlı şəxslə görüşməli imiş.
 
Qeyd olunur ki, Zaltsburqdan olan hərbçi 1990-cı ildən bu günədək Rusiyanın xeyrinə casusluq edib və bunun müqabilində 300 min avro (600 min manat - red.) qazanıb
 
Avstriya kansleri Sebastyan Kurtz və müdafiə naziri Mario Kunasek yaxın vaxtlarda bəyənatla çıxış edəcək. Rəsmi Moskva isə məlumatı şərh etməkdən imtina edib.
 
Avstriyanın xarici işlər naziri casus qalmaqalı ilə bağlı Rusiyaya planlaşdırılan səfərini təxirə salıb və Rusiyanın bu ölkədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Google+ WhatsApp ok.ru