Rusiya əhalisi azalmaqda davam edir 13 Dekabr 2019 16:25 Dünya 2019-cu ildə Rusiya əhalisinin sayında son 11 il ərzində ən böyük təbii azalması müşahidə olunur. Axar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Statistika Xidmətinin məlumatlarına istinadla ekspertlər bildirib. Məlumata əsasən, cari ilin ilk on ayı ərzində ölkə əhalisinin sayı 259.600 nəfər azalıb. Bu 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə müşahidə olunan 362.000 nəfərlik azalmadan sonra qeydə alınan ən boyük göstəricidir. Əhali sayının azalmasının əsas səbəbi doğum səviyyəsinin aşağı olmasıdır. Bu ilin ilk on ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 102.600 daha az uşaq dünyaya gəlib. Daha bir səbəb isə reproduktiv qabiliyyətli qadınların sayının azalmasıdır. Qadınlar ilk uşaqlarını 25-34 yaşlarında dünyaya gətirir ki, bundan sonra ikinci və üçüncü uşağın doğulma ehtimalı azalır. Teqlər : #rusiya,#əhali , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsveçdə kilsədə azan sədaları ucalıb Rusiya ilə Yaponiya Aya göndərmək üçün robot hazırlayacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO