Rusiya ən müasir tankını xaricə satır

Rusiya ən müasir tankını xaricə satır

Rusiya T-14 "Armata" tanklarını xaricə satmağa hazırlaşır.
 
Bunu Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Şurasının rəhbəri Dmitri Şuqayev deyib.
 
Şuqayev, həmçinin Rusiyanın silah istehsalçılarının potensial alıcılara S-300 və S-400 sistemlərini, eləcə də müasir təyyarə və vertolyotları verməyə hazır olduğunu bildirib.
 
“MiQ-35 qırıcılarını, müasir T-14 "Armata"nı satmağa hazırlaşırıq”, - o qeyd edib. /axar.az/
 

Google+ WhatsApp ok.ru