Rusiya AEBA-nın illik hesabatını imzalamadı

Maide.az xəbər verir ki, Rusiya bir nüvə reaktorunun olduğu Krım yarımadasının Ukrayna ərazisi hesab edilməsini nəzərdə tutan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin illik hesabatını imzalamaqdan imtina edib. 
 
Qərb diplomatının bildirdiyinə görə, Ukrayna Rusiyanın, Rusiya isə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatına etiraz ediblər. Deyilənlərə görə, Rusiyanın nümayəndəsi Vladimir Fronkov bildirib ki, bu hesabat reallıqlara zidd məlumatlara malikdir. 

Krım yarımadası ötən ilk referendumla Rusiyaya ilhaq edildi. Lakin bir çox ölkə hələ də onu Ukraynanın ərazisi hesab edir.

Google+ WhatsApp ok.ru