Rusiya Avropa İttifaqının sanksiya tətbiqinə qarşılıq verdi

Rusiya Avropa İttifaqının sanksiya tətbiqinə qarşılıq verdi

Avropa İttifaqının (Aİ) sanksiya qərarına cavab olaraq, Rusiya ərazisinə girişi qadağan olan Almaniya vətəndaşlarının siyahısının genişləndirilməsinə qərar verilib.   

Almaniya Bundestaqı 2015-ci ildə müxtəlif kiber hücumlara məruz qalmışdı və qurumun İT infrastrukturu çökmüşdü. Berlin rəhbərliyi 2015-ci ildə Almaniya Bundestaqına edilən kiber hücumda Rusiya izinin olduğunu iddia etmişdi.   

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Aİ bu vəziyyəti Rusiyaya qarşı yeni birtərəfli sanksiya paketi üçün bəhanəyə çevirib. 22 oktyabr 2020-ci ildə Avropa Şurası iki Rusiya vətəndaşına və bir Rusiya şirkətinə sanksiya tətbiq edilməsinə qərar vermişdi.   

Almaniya Müdafiə Nazirliyi sisteminin bir hissəsi olan təhlükəsizlik və kəşfiyyat xidmətlərinin bəzi yüksək vəzifəli şəxsləri Rusiyaya girişinə qadağa olanlar siyahısına daxil edilib.   

Açıqlamada sanksiya siyahısına daxil edilmiş məmurların adları qeyd olunmayıb.  /eastnews.org/

Google+ WhatsApp ok.ru