Rusiya, Azərbaycan və İran enerji sistemlərinin birləşdirilməsi layihəsi hazırlayacaqlar 

Rusiya, Azərbaycan və İran enerji sistemlərinin birləşdirilməsi layihəsi hazırlayacaqlar 

Avqustun 12-də Rusiya, Azərbaycan və İran üç ölkənin enerji sistemlərinin birləşdirilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) birgə hazırlanması haqqında saziş imzalayıb, bu barədə RİA-Novosti-nin məlumatında deyilir.

TİƏ çərçivəsində enerji sistemlərinin birləşdirilməsinin texniki və iqtisadi aspektlərinin tədqiq edilməsi, elektrik enerjisi ötürülməsi imkanlarının araşdırılması planlaşdırılır.

Araşdırmanın nəticələrinə görə hər üç ölkədə həyata keçiriləcək texniki tədbirlərin müəyyən edilməsi planlaşdırılır. Kompleks təhlil əsasında saziş iştirakçısı olan ölkələrin enerji sistemlərinin birləşdirilməsinin və "Şimal-Cənub" energetika dəhlizi layihəsinin həyata keçirilməsinin iqtisadi cəhətdən məqsədəuyğunluğu qiymətləndiriləcək, deyə məlumatda qeyd edilir.

TİƏ-nin bir il ərzində hazırlanması planlaşdırılır. Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsi məsələsi 2005-ci ildən müzakirə olunur. 2018-ci ilin aprelində Bakıda üç ölkənin energetika nazirləri müavinlərinin görüşü keçirilib. Görüşün yekunlarına görə enerji sistemlərinin birləşdirilməsi məsələsi üzrə üçtərəfli işçi qrup yaratmaq qərarı qəbul edilib./contact.az

Google+ WhatsApp ok.ru