Rusiya Bağdadinin öldürülməsinə inanmır - ‘Sübut göstərin’

Rusiya Bağdadinin öldürülməsinə inanmır - ‘Sübut göstərin’

Rusiya Müdafiə Nazirliyi ABŞ-ın İŞİD lideri Əbubəkr əl-Bağdadinin Suriyada öldürülməsi bəyanatına şübhə ilə yanaşıb.
 
  Nazirlik sözçüsü İqor Konaşenkov Amerikanı bununla bağlı fakt göstərməyə çağırıb. Onun sözlərinə görə, Suriya hökumətinin nəzarətində olmayan bütün torpaqlara “Əl Qaidə”nin şöbəsi olan “Nusra” nəzarət edir və ən böyük rəqibi olan İŞİD-in hər hansı üzvünü gördüyü yerdə qətlə yetirir:
 
“Bu səbəbdən İŞİD liderinin “Əl Qaidə”nin nəzarətindəki torpaqlarda olması şübhəlidir və ABŞ buna dair sübutlar göstərməlidir. Bundan başqa əməliyyatlarda iştirak edən dövlətlərin fərqli açıqlamalar verməsi də bəzi sual işarələri yaradır və şübhələri artırır”. /Qafqazinfo
 

Google+ WhatsApp ok.ru