5. Kərbəla inqilabının spesifik xüsusiyyətləri-1

5. Kərbəla inqilabının spesifik xüsusiyyətləri-1

Kərbəla inqilabı – Siyasi və ictimai təsirlər

Kərbəla inqilabının mühüm təsirlərindən biri də, onun özündən sonra böyük dini, ictimai və siyasi şəxsiyyətlərə, eləcə də, azadlıq hərəkatı və inqilablarına simvol olmasıdır. Çünki bu inqilabın bir sıra spesifik xüsusiyyətləri vardır ki, biz burada onlardan bəzilərinə işarə edirik:

a) Agah və dözümlü rəhbər: Kərbəla inqilabının agah və tilsimsındıran bir rəhbəri vardı. O, babası Peyğəmbəri-Əkrəm (s) və atası İmam Əli (ə) kimi mübarizlərin önündə hərəkət edir, sıravi bir əsgər tək başqaları ilə müqayisədə mübarizənin bütün ağrı-acılarına sinə gərir, əhli-əyalı, qadınları, uşaqları və qohum-əqrəbası da başqaları ilə müqayisədə ön cəbhədə iştirak edir, zahirdə məğlubiyyətə uğrayan bir inqilabın dözülməz çətinliklərini, qanlı səhnələrini və əsarət şəraitini canla-başla qəbul edirdilər. İmam Hüseynin (ə) inqilabı boyunca müqaviməti misilsiz idi. O Həzrət o qədər çətinliklər, susuzluqlar, təzyiqlər, vəfasızlıqlar, namərdliklər, dostlarının azlığı, düşmənlərinin çoxluğu, əhli-əyalının susuzluğu, düşmənlərinin alçaqlığı və qəddarlığı ilə azacıq belə süstlük etmədi, düşmənə əsla təslim olmadı, onun müqabilində ülvi hədəf və şüarlarından yayınmadı. (“Əl-ibəru fi xəbəri mən əbər”, Məhəmməd ibn Əhməd Zəhəbi, c.1, səh. 65.)

İmam Hüseyn (ə) son nəfəsinə qədər “Lə həvlə və lə quvvətə illə billəhil-əliyyil-əzim” (Böyük və uca Allahdan başqa bir güc və qüdrət yoxdur), “Ey Əbu Süfyanın ardıcılları! Əgər heç bir dinə inanmır və Qiyamət günündən qorxmursunuzsa, heç olmazsa, dünyada azad olun!” – kimi azadlıq, bəndəlik və iman şüarları verirdi. Bir halda ki, düşmən insaniyyətə və hətta ərəb ənənələrinə əks olaraq, azacıq fürsətlərdən istifadə edərək o Həzrətin əhli-əyalına hörmətsizlik edir, qadın-uşaqlara əzab-əziyyət verir və xeymələri çapıb-talayırdılar. (“Məqatilut-talibin”, səh.79; “Tarixi-Təbəri”, c.5, səh.450; “Yənabiul-məvəddət lizəvil-qurba”, c.3, səh.7.)

b) Nümunəvi dostlar: İmam Hüseynin (ə) tarixin ən vəfalı və dəyərli dostlarına sahib və hətta Peyğəmbəri-Əkrəm (s) və İmam Əlinin (ə) dostlarından üstün olmasında şəkk-şübhə yoxdur və bunu o Həzrətin özü də açıq-aşkar buyurmuşdur. Bu dostlar əsrin təqvalı, zahid və abid insanları olsalar da, şücaət, vəfadarlıq və mərdlikdə də başqalarından seçilirdilər. Onlar “Bədr”, “Ühüd”, “Siffeyn” və “Nəhrəvan” səhabələrinin əksinə olaraq, zahiri qələbə və hətta sağ qalmaqdan belə imtina etmiş, şəhadət qüslü və ölümə yəqinliklə İmam Hüseynə (ə) məhəbbət bəsləyirdilər. O Həzrətin dinin və Peyğəmbərin (s) sünnəsinin dirçəlişi, “yaxşılığa dəvət” və “pislikdən çəkindirmək”dən ibarət hədəfləri üzərində möhkəm dayanır, İslam, insaniyyət və azadlığı əziz tuturdular. Onlar şəhadət anları yaxınlaşdıqca, qorxmadan, peşman olmadan, şəkk-şübhə etmədən, sevinc, iman, şücaət və ümid hissləri daha da artırdı. İmam Hüseyn (ə) “Aşura” gecəsi öz beyətini onların üzərindən götürüb, onları yol seçimində, evlərinə qayıtmaqda azad buraxsa da, bir nəfər belə, İmamdan (ə) ayrılmadı, üstəlik möhkəm əhval-ruhiyyə, vəfadarlıq və müqavimətlə Hürr ibn Yezid Riyahi kimiləri “Aşura” gününün son anlarında özlərinə cəlb etdilər. (“Tarixi-Təbəri”, c.5, səh. 418-422; “İnqilabi-Kərbəla əz didqahe əhli-sünnə – Əhli-sünnə baxımından Kərbəla inqilabı”, Ustad Əbdülməcid Nasiri Davud, səh.277-279.)

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru