Rusiyada aksiyalar başladı, insanlar küçəyə AXIŞDI

Rusiyada aksiyalar başladı, insanlar küçəyə AXIŞDI

-- Bir neçə şəhərdə eyni vaxtda baş verən aksiyalara

Rusiyada müxalifətçi Aleksey Navalnının təşkilatçılığı ilə etiraz aksiyaları başlayıb.
 
Maide.Az "publika.az"a  istinadən xəbər verir ki, aksiyalar iştirakçıları “o, bizim padşahımız deyil”, - devizi ilə çıxış edir.
 
Mitinqlər Xabarovsk, Vladivostok, Cənubi Saxalin, İrkutskda keçirilib.Bir neçə şəhərdə eyni vaxtda baş verən aksiyalara yüzlərlə iştirakçı qatılıb.
 
Mitinq icazəsiz keçirilir. Prokurorluq müxalifətçiləri icazəsiz mitinq keçirilməsinin mümkün mənfi nəticələri barədə xəbərdar edib.
 
Aksiyaların keçirildiyi meydanda polis əməkdaşlarının növbə çəkdiyi, polis avtobusunun dayandığı qeyd olunur.
 
Aksiya iştirakçıları Vladimir Putinin növbəti prezidentlik fəaliyyətinin mayın 7-də keçiriləcək inaqurasiya mərasiminə etiraz edir. Aksiyaların davam etdiyi vaxtda bir sıra şəhərlərdə Novalnı tərəfdarları həbs edilib.
 

Google+ WhatsApp ok.ru