Rusiyada makarondan kütləvi zəhərlənmə

Rusiyada makarondan kütləvi zəhərlənmə

Yeni Moskvada kütləvi qida zəhərlənməsi baş verib.
 
Xidməti yeməkxanada qidalanan təxminən 60 nəfər tibb müəssisələrinə müraciət edib.
 
Onların hamısının eyni yerdə işlədiyi bildirilir. İlkin məlumata görə, zəhərlənmə yerli istehsal olan keyfiyyətsiz makarondan olub.
 
Xəstəxanaların infeksiya şöblərinə müraciət edənlərin əksəriyyəti kəskin ağrılar, mədə pozğunluğu, ürək bulanmadan şikayət edib. (trend) /

Google+ WhatsApp ok.ru