Rusiyada neft gəlirləri əhaliyə paylanacaq

Rusiyada neft gəlirləri əhaliyə paylanacaq

Rusiya Duması neft gəlirlərinin əhali arasında paylaşdırılması barədə qanun layihəsinə baxır.
 
Müvafiq sənəd Dövlət Dumasının məlumat bazasında dərc edilib.
 
Layihənin ilk növbədə rəsmi olaraq çalışan və pensiyaçılara aid ediləcəyi bildirilir. Deputatların təklifinə görə, ilk maliyyə ilində səlahiyyətli orqanlar federal büdcəyə faydalı qazıntı hasilatından daxil olan ödənişlərdən əldə edilən gəlirin 20%-ni paylamalı olacaqlar. Hər növbəti il vəsaitlərin 2% artırılması təklif edilir. 
 
Hesablamalara görə, əgər qanun layihəsi vaxtında qəbul olunarsa, 2018-ci ildə hər bir Rusiya vətəndaşı 10 min rubl (172 dollar) əldə edə biləcək. Rusiya hökuməti hələ ki, təklifə qarşı olduğunu bildirib. (report) /

Google+ WhatsApp ok.ru