Rusiyada Telegram qadağan edildi

-- vəkillər iclasın təxirə salınması ilə bağlı məhkəməyə vəsatət göndərsə də, o rədd edilib

Moskvanın Taqan rayon Məhkəməsi "Roskomnadzor"un Telegram şəbəkəsinin ölkə ərazisində bağlanılması ilə əlaqədar vəsatətini təmin edib.
 
Maide.Az "faktxəbər"-ə istinadən bildirir ki, Hakim Yuliya Smolina iş üzrə qərar açıqlana qədər şəbəkənin dərhal bloklanmasına müsbət baxıb.
 
Qeyd edək ki, Telegram nümayəndələri aprelin 13-də keçirilən iclasa gəlməyiblər. Buna səbəb Pavel Durov hüquqşünaslarına "açıq oyunda" iştirak etməyi qadağan edib.
 
Buna baxmayaraq vəkillər iclasın təxirə salınması ilə bağlı məhkəməyə vəsatət göndərsə də, o rədd edilib.
 

Google+ WhatsApp ok.ru