Rusiyada TIR sürücülərinin etiraz aksiyası başladı - FOTO

Rusiyada TIR sürücülərinin etiraz aksiyası başladı - FOTO

Rusiyanın müxtəlif regionlarında TIR sürücülərinin  kütləvi etiraz aksiyası başlayıb. Onlar federal yollarda gediş haqqının qaldırılması sistemi – "Platon"a qarşı çıxıb.
 
Aksiya iştirakçıları öz furqonlarını yol boyu düzüb. Aksiyanın başlandığı barədə Sankt-Peterburq, Tatarıstan, Primorsk, Amur və başqa regionlardan xəbərlər gəlib.
 
Bundan əvvəl Rusiya Daşıyıcılar Birliyi aksiyada azı 10 min adamın iştirak edəcəyi barədə elan etmişdi.
 
Qeyd edək ki, martın 24-də hökumətin "Platon" tariflərinin qaldırılması planlarının dəyişdirilməsi barədə elan etsə də, etiraz aksiyası keçirilib. Bundan əvvəl hökumət güzəştli dərəcələri ləğv etmək və tarifi iki dəfə qaldırmaq istəyirdilərsə, sonradan tarifin ¼ qədər qaldırılması qərarına gəlindi. (faktxeber) /
 
 
 
 

Google+ WhatsApp ok.ru