Rusiyada “Facebook” bağlana bilər

Rusiyada “Facebook” bağlana bilər

-- “Facebook” şirkətinə dair yoxlama aparılacaq

“Roskomnadzor” 2018-ci ilin sonuna qədər “Facebook” şirkətinə dair yoxlama aparacaq.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə qurumun rəhbəri Aleksandr Jarov deyib.
 
Onun sözlərinə görə, “Facebook” şəxsi məlumatların lokallaşdırılması haqqında yerli qanuna əməl etməsə ölkə ərazisində fəaliyyətini dayandırmalı olacaq.
 
"Rusiya vətəndaşlarının məlumat bazasının ölkə ərazisində lokallaşması və bütün qadağan olunmuş informasiyanın silinməsi barədə tələblərə əməl olunmayacağı təqdirdə çox güman ki, bloklaşdırma barədə məsələ qaldırılacaq”,-deyə Jarov bildirib.
 

Google+ WhatsApp ok.ru