Rusiyada 1,5 milyon insan QİÇS virusunun daşıyıcısıdır

Rusiyada 1,5 milyon insan QİÇS virusunun daşıyıcısıdır

Akademik Vadim Pokrovski: “Rusiyada 1,5 milyon insan QİÇS virusunun daşıyıcısıdır”
 
Onun sözlərinə görə, Rusiyada QİÇS-dən ümumilikdə 240 min nəfər ölüb
 
"Rusiyada 1,5 milyon nəfərdə QİÇS (Qanda İmmun Çatışmazlığı Sindromu) virusu aşkarlanıb. Onların hamısı virus daşıyıcısıdır".
 
“Report” TASS-a istinadən xəbər verir ki, bunu akademik Vadim Pokrovski Rusiya Elmlər Akademiiyası Rəyasət Heyətinin iclasında bildirib.
 
“Rusiyada QİÇS-dən ümumilikdə 240 min nəfər ölüb və 1,5 milyona yaxın insan bu virusun daşıyıcısıdır. Yolxucu xəstəliklərdən ölümün başlıca səbəbi QİÇS-dir” - akademik vurğulayıb.
 
Onun sözlərinə görə, Rusiyada bu virusa yoluxanların sayı artmaqda davam edir. 
 
V.Pokrovski deyib ki, dünya üzrə QİÇS-dən 50 milyon insan ölüb, 36 milyon nəfər isə bu virusun daşıyıcısıdır. /

Google+ WhatsApp ok.ru