Rusiyada 230 min nəfər ixtisara düşür

Rusiyada 230 min nəfər ixtisara düşür

Rusiyada gələn il kütləvi ixtisarlar gözlənən sahələr açıqlanıb. Əmək Nazirliyinin bildirməsinə görə, bankların, nəqliyyat müəssisələrinin, elektrik avadanlığı, yaxud maşın istehsalı ilə məşğul olan şirkətlərin əməkdaşları risk zonasına daxildir.

Üç ay ərzində 230 min rusiyalının ixtisar olunacağı gözlənir. Onların çoxu Moskvada və Sankt Peterburqda işləyir. Əmək Nazirliyi qeyd edib ki, şirkətlər daxilində müsbət dəyişikliklər baş verərsə, ixtisarların sayı azala bilər.

“Rossiyskaya Qazeta” daha öncə yazmışdı ki, 2019-cu ildən hər dörd işəgötürəndən biri ixtisarlara başlayacaq. Qanunvericiliyə görə, işəgötürən planlaşdırılan ixtisarlara iki ay qalmış məşğulluq mərkəzinə məlumat verməlidir.

Artıq bu il çağrı mərkəzlərinin operatorları, ilkin səviyyəli mühasiblər, sığorta mütəxəssisləri, aşağı kvalifikasiyalı vəkillər ixtisar olunublar.

Bank sektorunda 30 min adamın işsiz qalacağı proqnozlaşdırılır. Bu, ölkədə kredit təşkilatlarının azalmasıyla bağlıdır. Ekspertlər bu il Mərkəzi Bankın daha çox bankın lisenziyasını aldığını da yada salır.

Nəqliyyat sahəsində 27 min nəfər ixtisar olunmaq riskiylə üz-üzədir.

Əmək Nazirliyi ixtisarların 12 dekabr-12mart tarixlərini əhatələdiyini bildirir. 12 milyon nəfərin çalışdığı 46 min təşkilat üzrə sorğu keçirilib.

Nazirliyin dekabrın 19-da bildirməsinə görə, Rusiyada rəsmi işsizlərin sayı 38 faiz artaraq 1,1 milyona çata bilər. Bunun bir səbəbi də işsizlik müavinətinin və pensiya yaşının qaldırılmasıdır.

Hazırda Rusiyada 800 min qeydiyyatdan keçmiş işsizin olduğu bildirilir. İşsizlik müavinəti 850-4,9 min rubldur, yanvarın 1-dən 1,5 min- 8 min rubl olacağı gözlənir. Pensiyaqabağı yaşda olanlar (kişilər üçün 60-65, qadınlar üçün 55-60 yaş) isə maksimum müavinət alacaqlar – 4,9 min rubldan 11,3 min rubladək

Google+ WhatsApp ok.ru